Son 11 ayda Türkiyə Azərbaycandan neft idxalını iki dəfə artırıb

10:18 - 21.12.2023


21 dekabr, Fineko/abc.az. Türkiyə Azərbaycandan bu ilin ilk 11 ayında idxal etdiyi xam neftin həcmini iki dəfə (99.7%) artırıb.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinin statistik bülletenində qeyd edilib.

2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Türkiyəyə 1 milyon 172.89 min tonluq xam neft satıb. Xam neftin satış dəyəri ümumilikdə $661.53 milyon təşkil edib.

Dünya birjalarında xam neftin dəyəri azaldığı üçün bu il Türkiyəyə satılan xam neftin bir tonu 12% daha ucuz $564.01-ə satılıb. Ötən orta qiymət $639.34/ton idi.