16:24 - 20.12.2023
20 dekabr, Fineko/abc.az. Yükgöndərənlər husilərin hücumlarından qorxduqları üçün artıq Qırmızı dənizdən təxminən 35 milyard dollar dəyərində yükləri geri yönləndiriblər.
ABC.AZ xəbər verir ki, hazırda 57 konteyner gəmisi Qırmızı Dəniz və Süveyş kanalı üzərindən deyil, Afrika ətrafında uzun bir yola yönəldilmişdir.
MDS Transmodal şirkətinin baş məsləhətçisi Antonella Teodoro bildirib ki, bu konteynerlərin təxmini dəyəri 50 000 dollardır. Beləliklə, geri göndərilən yüklərin ümumi məbləği 35 milyard dollar təşkil edir.
12 Avqust 2026