12:12 - 19.12.2023
19 dekabr, Fineko/abc.az. Səudiyyə Ərəbistanı oktyabr ayında neft hasilatını əvvəlki aya nisbətən 0,4% azaldıb, ixracatı isə 9,4% artırıb.
ABC.AZ xəbər verir ki, ixrac tədarükünün həcmi 6,297 mln b/s (barel/sutkada) təşkil edib, sentyabr ayında isə bu göstərici 5,754 mln b/s təşkil edib.
Bununla, keçən ilin oktyabr ayına nisbətən ixrac 19% az olmuşdu.