Azərbaycan iqtisadiyyatının 6%-i nəqliyyat sektorunun payına düşür

17:12 - 13.12.2023


13 dekabr, Fineko/abc.az. Azərbaycan iqtisadiyyatının 6%-i nəqliyyat sektorunun payına düşür.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin departament müdiri Xudayar Həsənli “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfrans çərçivəsində keçirilən “Dəyişən nəqliyyat və logistika xəritəsində iddialı yer tutan Azərbaycan: Sənayenin yeni bacarıq və səriştə ehtiyacları” mövzusunda paneldə deyib.

“2023-cü ilin 10 ayında ÜDM-də nəqliyyat sektorunun payı 6.3 milyard ABŞ dolları təşkil edib. Avropa ölkələrində nəqliyyat sektorunun iqtisadiyyatda payı 8-9%-dir. Biz də bu rəqəm hazırda 6% təşkil etsə də, daha da çox ola bilər”, – deyə o qeyd edib.