Dünya ticarəti 2023-cü ildə azalıb

17:28 - 11.12.2023


11 dekabr, Fineko/abc.az. Dünya ticarəti 2023-cü ildə 2022-ci ilin rekord səviyyəsinə nisbətən 5% azalaraq təxminən 30,7 trilyon dollar təşkil edəcək, geosiyasi gərginlik getdikcə daha çox təsir göstərir.

ABC.AZ xəbər verir ki, bu barədə BMT-nin ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) saytında dərc olunmuş hesabatda deyilir.

“2023-cü ildə dünya ticarətinin həcmi təxminən 30,7 trilyon ABŞ dolları təşkil edəcək ki, bu da 2022-ci ilin rekord yüksək göstəricisi ilə müqayisədə 1,5 trilyon dollar (və ya 5%) azalma deməkdir", - sənəddə deyilir.

UNCTAD-ın qiymətləndirməsinə görə, geosiyasi gərginlik və xüsusilə Çin ilə ABŞ arasında qarşılıqlı asılılığın zəifləməsi dünya ticarətinə getdikcə daha çox təsir göstərir.