09:25 - 7.12.2023
7 dekabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti, bir gün əvvəl kəskin düşmədən sonar, cümə axşamı günü hərracda yüksəlir.
Londonun ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti saat 09:22-də $0,39 (0,52%) artaraq bir barel üçün $74,69-a çatıb. Dekabrın 5-də Brent markalı neftin fevral ayı üçün fyuçersləri $2,90 (3,76%) - bir barel üçün $74,30-a qədər ucuzlaşıb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti saat 09:22-də $0,38 (0,55%) artaraq bir barel üçün $69,76-a çatdı. Dekabrın 5 – də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin yanvar fyuçerslərinin qiyməti $2,94 (4,07%) azalaraq bir barel üçün $69,38-a düşüb.
25 Avqust 2026
25 Avqust 2026