12:23 - 6.12.2023
6 dekabr, Fineko/abc.az. İslam ölkələri dünya əhalisinin 25%-ni, dünya iqtisadiyyatının isə təxminən 9%-ni təşkil edir.
ABC.AZ xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz deyib. O qeyd edib ki, İƏT ölkələrinin dünya ticarətində payı 11%-dən çoxdur.
“Baş katib Hüseyn İbrahim Taha ötən gün səhər çıxışında bildirib ki, üzv ölkələr arasında ticarətin həcmi 2023-cü ilin sonuna qədər ümumi ticarətimizin təxminən 19% - ni təşkil edəcək. Bu məqsədə çatmaq üçün daha çox səy göstərməli və ticarəti asanlaşdırmaq və təşviq etmək üçün konkret addımlar atmalıyıq”, — deyə Yılmaz bildirdi.
14 Avqust 2026
14 Avqust 2026