2023-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0.3 faiz azalacaq - Maliyyə Nazirliyi

14:15 - 21.09.2023


21 sentyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2024-cü il və sonrakı üç il üzrə baza ssenaridə (neftin bir barelinin orta illik ixrac qiyməti 2024-2027-ci illər üçün 60.0 ABŞ dolları fərz edilməklə) makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2023-cü ildə ölkədə ümumi daxili məsulun real ifadədə 1.9 faiz artaraq 119.6 milyard manat, o cümlədən qeyri-neft/qaz ÜDM-in real ifadədə 4.0 faiz artaraq 77.6 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2024-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sında öz əksini tapıb. 

2023-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0.3 faiz azalacağı gözlənilir.

Proqnozlara əsasən ortamüddətli dövrdə ölkədə qeyri-neft/qaz ÜDM-in həcminin 2024-cü ilin sonuna 84.2 milyard manat, 2027-ci ildə isə 106.8 milyard manata qədər artacağı və real artım tempinin 4.6-5.0 faiz intervalında olacağı gözlənilir.