12:30 - 20.09.2023
20 sentyabr, Fineko/abc.az. “WhatsApp”ın təklif etdiyi yeni yeniləmə sayəsində tətbiqi “iPad”lərə quraşdırmaq mümkün olacaq.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunun üçün istifadəçilər proqramın İOS beta versiyasını “iPhone” və “iPad”də quraşdırmalı olacaqlar.
Bundan sonra, QR kodunu skan etmək üçün “WhatsApp” Parametrləri > Qoşulmuş Cihazlar > Cihazı birləşdirin üzərinə klikləməklə “iPad”i “iPhone”a qoşmaq lazım gələcək. Bu mərhələdə telefonun internet bağlantısına ehtiyac olmadan proqram “iPad”də müstəqil olaraq istifadə edilə bilər.
Planşet üzərində işləyən insanlar üçün böyük rahatlıq təmin edəcək bu versiya, tamamlayıcı rejim sayəsində iOS və ya “Android” cihazı olmasından asılı olmayaraq telefonla sinxronlaşdırılacaq. Beləliklə, mobil cihaz söndürülsə belə, müşayiət rejimi ilə “iPad”də heç bir mesaj qaçırılmayacaq.
17 Avqust 2026
15 Avqust 2026