14:18 - 13.09.2023
13 sentyabr, Fineko/abc.az. Dünyada təxminən 2.6 milyard insanın hələ də internetə çıxışı yoxdur.
ABC.AZ xəbər verir ki, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) bəyanat yayıb. Buna baxmayaraq, BTİ internetə qoşulmayanların sayının ildən-ilə azaldığını vurğulayıb – 2022-ci ildə bu, 2.7 milyard olub.
“2022-ci ildə 2.7 milyard insanın internetə qoşulmadığı təxmin edilir; 2023-cü ildə bu rəqəm azalacaq, nəticədə dünya əhalisinin 33%-i internetdən istifadə edə bilməyəcək. Hazırda dünya əhalisinin 67%-ni təşkil edən 5.4 milyard insan internetə qoşulub”, – mesajda deyilir.
BTİ-nin məlumatına görə, internetə çıxışı olan insanların sayında ən sürətli artım aşağı gəlirli ölkələrdə müşahidə olunur. Onlarda 2022-ci ildə internet istifadəçilərinin sayı 17% artıb.
18 Avqust 2026