“TikTok”da onlayn satış funksiyası işə düşür

12:29 - 13.09.2023


13 sentyabr, Fineko/abc.az. “TikTok”un daha bir funksiyası işə düşüb. Belə ki, tətbiqdə onlayn alış-veriş təklif edən “TikTok Shop” funksiyasını aylarla sınaqdan keçirdikdən sonra ABŞ-da istifadəyə verilib.

ABC.AZ xəbər verir ki, 150 milyondan çox istifadəçisi olan ABŞ-da “TikTok Shop” funksiyasının mövcud olduğu bildirilib.

Açıqlamada markalara, satıcılara və məzmun yaradıcılarına birbaşa satış imkanı veriləcəyi, istifadəçilərin canlı yayımlar və video məzmun vasitəsilə alış-veriş edə biləcəkləri bildirilib.

Açıqlamada qeyd olunub ki, “TikTok Shop” brendlərə və məzmun yaradıcılarına maraqlarına uyğun olaraq yüksək məşğuliyyətli müştərilərlə əlaqə yaratmaq imkanı yaradır.