“iPhone 15” seriyasının ekranını “Samsung” düzəldəcək

16:41 - 12.09.2023


12 sentyabr, Fineko/abc.az. “Apple” “iPhone 15” seriyasının ekranını “Samsung” düzəldəcək.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı açıqlamanı “Apple” şirkətindən bildiriblər.

Açıqlamada qeyd edilib ki, “Samsung” yeni çıxacaq “USB-C” və “iPhone”ların OLED ekranını “Wonderlust” tədbirində təqdim edəcək.

“Apple” “iPhone 15″lərin ekranı üçün “BOE Technology Group” ilə anlaşsa da, BOE-nin OLED panelləri “Apple”in keyfiyyətə nəzarət testində uğursuz olub.

Buna görə də, “Apple” ekran sifarişlərinin çoxunu Koreyalı biznes tərəfdaşı “Samsung”a verəcək.