Neft ucuzlaşır, Brent bir barel üçün $90,28 təşkil edir

09:30 - 7.09.2023


7 sentyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə axşamı keçirilən hərracda aşağı düşür.

London ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti saat 09:25 – ə qədər $0,32 (0,35%) azalaraq bir barel üçün $90,28-a düşüb. 6 sentyabr ticarətinin nəticələrinə görə, Brent markalı neftin noyabr fyuçersləri $0,56 (0,62%) artaraq bir barel üçün $90,60-a yüksəldi.

Saat 09:25-ə qədər Nyu – York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin oktyabr ayı üçün fyuçerslərinin dəyəri $0,36 (0,41%) azalaraq bir barel üçün $87,18-a düşüb. 6 sentyabr ticarətinin nəticələrinə görə, WTI neftinin oktyabr fyuçerslərinin qiyməti $0,85 (0,98%) artaraq bir barel üçün $87,54-a çatdı.

Çərşənbə günü Brent markalı neft yeddi sessiya ardıcıl olaraq bahalaşdı. WTI fyuçersləri doqquz sessiya ardıcıl böyümə ilə başa vurdu.