16:41 - 6.09.2023
6 sentyabr, Fineko/abc.az. ABŞ-ın elektrikli avtomobil istehsalçısı Teslanın Çinin Şanxay şəhərindəki fabrikinin 2 milyon avtomobilin istehsal həddini keçdiyi bildirilir.
ABC.AZ xəbər verir ki, 2019-cu ildə istifadəyə verilən fabrikdə 30 ayda 1 milyon avtomobil, 13 aydan az müddətdə isə 2 milyon avtomobil istehsal edilib.
Şanxay fabrikində istehsal olunan avtomobillərin sayı 2022-ci ildə əvvəlki illə müqayisədə 48% azalaraq 710 minə çatıb.
Ötən il zavod 450 mindən çox “Model Y” və 250 mindən çox “Model 3” elektromobil istehsal edib.
Şanxay fabriki şirkətin ABŞ-dan kənarda yerləşən ən böyük istehsal müəssisəsidir. Burada istehsal olunan avtomobillər Çindən kənarda Asiya Sakit Okean, Avropa və ABŞ-a ixrac olunur.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026