14:32 - 5.09.2023
5 sentyabr, Fineko/abc.az. Avqust ayında Rusiyada yeni minik avtomobillərinin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artaraq 109,7 min ədəd təşkil edib.
ABC.AZ xəbər verir ki, bu, "Avtostat" agentliyinin hesabatında öz əksini tapıb. Qeyd edilib ki, səkkiz ayda 606 952 yeni minik avtomobili satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% çoxdur.
Lada və Çinin bütün istehsalçılarının satışları artıb, Kia (-53,2%), Hyundai (-54,3%) və Toyota (-34,4%) şirkətlərinin satışları isə azalıb.
Rusiya bazarının lideri yerli Lada markası olaraq qalır, onun payı avqustda 26%-i ötüb (bir il əvvəl bu, təxminən 37% idi). Ölkədə 28 721 tam yeni Lada minik avtomobili satılıb. Xarici avtomobillər arasında ikinci yeri və liderliyi Çinin Chery brendi (13 412 ədəd) tutur. İlk 5-liyə həmçinin Çin Haval (10 979 ədəd), Geely (8 838 ədəd) və Changan (6 869 ədəd) brendləri daxildir.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026