Neft sabitdir, Brent bir barel üçün $88,51 təşkil edir

09:50 - 4.09.2023


4 sentyabr, Fineko/abc.az. Ötən həftənin nəticələrinə görə yüksəldikdən sonra bazar ertəsi keçirilən ticarətdə neftin etalon markalarının qiymətləri zəif dəyişir.

London ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti saat 09:48 – ə qədər $0,04 (0,05%) azalaraq bir barel üçün $88,51-a düşüb. Sentyabrın 1 - də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin noyabr fyuçersləri $1,72 (1,98%) artaraq bir barel üçün $88,55-a çatıb.

Saat 09:48-ə qədər Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI  neftinin oktyabr fyuçerslərinin dəyəri dəyişməyib və bir barel üçün $85,55 səviyyəsində qalır. Sentyabrın 1 - də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin oktyabr fyuçerslərinin qiyməti $1,92 (2,45%) artaraq bir barel üçün $85,55-a çatıb.

Ötən həftənin nəticələrinə görə, Brent 5,48%, WTI isə 7,17% bahalaşıb.