11:41 - 30.08.2023
30 avqust, Fineko/abc.az. Rusiyanın ən böyük neft şirkəti “Rosneft” ilin ilk yarısında 3,9 trilyon rubl (təxminən 40 milyard dollar) gəlir əldə edib.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin yazılı açıqlamasında qeyd edilib.
Açıqlamada ilin birinci yarısında şirkətin xalis mənfəətinin 652 milyard rubla çatdığı, əsaslı xərclərin isə 599 milyard rubl səviyyəsində həyata keçirildiyi bildirilib.
Məlumatda şirkətin sözügedən dövrdə gündə 4 milyon barel neft hasil etdiyi bildirilib.
Müəllif: Elmir Murad