10:15 - 29.08.2023
29 avqust, Fineko/abc.az. İstifadəçilər tərəfindən böyük maraqla gözlənilən “Galaxy S24” seriyasının xüsusiyyətləri barədə məlumatlar açıqlanıb.
ABC.AZ xəbər verir ki, “Samsung” “Galaxy S24” modelində “Snapdragon 8 Gen 3” prosessorundan imtina edərək “Exynos 2400” prosessorundan istifadə edəcək.
İstifadəçilər bu qərarı tənqid etsələr də, “Samsung”un bu mövzuda çox seçimi yoxdur, çünki “Snapdragon 8 Gen 3″ün “Snapdragon 8 Gen 2″dən çox daha bahalı olduğu bildirilir.
Belə ki, “Samsung” “Snapdragon 8 Gen 3” prosessorundan istifadə edərsə bu prosessorun qiyməti hər cihaz üçün təxminən 160 dollar olacaq.
14 Avqust 2026