14:31 - 28.08.2023
28 avqust, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyul aylarında Çindən Azərbaycana 3,638 min minik avtomobili və sərnişin daşınması üçün nəzərdə tutulan digər nəqliyyat vasitəsi idxal olunub.
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsinin materiallarında deyilir.
İdarənin materillarıan əsasən, hesabat dövrü ərzində Çindən Azərbaycana bu məhsulun ixracı $71,882 milyon dəyərində qiymətləndirilib.
İyulda Çindən Azərbaycana minik avtomobili və sərnişin daşınması üçün nəzərdə tutulan digər nəqliyyat vasitələrinin idxalı say ifadəsində iyun ayına qədər 43% - 642 ədədə qədər, pul ifadəsində - 20% - aydan aya $11,6 milyonadək artıb.
Ötən ilin analoji dövrü ərzində Çinin Baş Gömrük İdarəsi statistika dərc etmir.