Neft bahalaşır, Brent bir barel üçün $83,64 təşkil edir

09:40 - 25.08.2023


25 avqust, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti cümə günü hərracda artır.

London İCE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti saat 09: 35 – ə qədər $0,28 (0,34%) artaraq bir barel üçün $83,64-a çatıb. Avqustun 24 - də Brent markalı neftin oktyabr ayı üçün fyuçersləri $0,15 (0,18%) artaraq bir barel üçün $83,36-a çatıb.

Saat 09:35-ə qədər Nyu – York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin oktyabr fyuçerslərinin dəyəri $0,31 (0,39%) artaraq bir barel üçün $79,36-a çatdı. Avqustun 24 - də aparılan hərracların nəticələrinə görə, WTI neftinin oktyabr fyuçerslərinin qiyməti $0,16 (0,20%) artaraq bir barel üçün $79,05-a çatıb.

Bu həftənin əvvəlindən Brent markalı neft 1,4%, WTI isə 2,4% ucuzlaşıb.