“Tesla”nın maliyyəsi 200 milyard dollar azaldı

14:34 - 24.08.2023


24 avqust, Fineko/abc.az. İlon Maskın elektrik avtomobili nəhəngi “Tesla” keçən ay bir az kiçilib.

ABC.AZ xəbər verir ki, şirkətin səhmləri iyulun 19-da 291 dollara çatıb ki, bu da yanvar ayından bu yana 170% artım deməkdir. Buna baxmayaraq o vaxtdan bəri dəyərinin beşdə birini itirib.

Bu vəziyyət, “Tesla”nın maliyyəsinin 200 milyard dollar azalmasına gətirib çıxarıb. Şirkətin bazar dəyərini 730 milyard dollara endirib.

“Tesla”nın tənəzzülünə əslində inflyasiya, yüksək faiz dərəcələrinin səbəb olduğunu söyləmək səhv olmaz.