09:20 - 23.08.2023
23 avqust, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti çərşənbə günü hərracda artır.
London İCE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti saat 09: 15 – ə qədər $0,07 (0,08%) artaraq bir barel üçün $84,10-a çatıb. Avqustun 22-də Brent markalı neftin oktyabr fyuçersləri $0,43 (0,51%) ucuzlaşaraq bir barel üçün $84,03-a düşüb.
Oktyabr ayı üçün Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin fyuçerslərinin dəyəri 09:15 – ə qədər $0,12 (0,15%) artaraq bir barel üçün $79,76-a çatdı. Avqustun 22 - də aparılan hərracların nəticələrinə görə, WTI neftinin oktyabr fyuçerslərinin qiyməti $0,48 (0,60%) azalaraq bir barel üçün $79,64-a düşüb.
25 Avqust 2026
25 Avqust 2026