Neft ucuzlaşır, Brent bir barel üçün $84,31

09:30 - 22.08.2023


22 avqust, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti çərşənbə axşamı hərracda azalır.

London İCE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti saat 09:25-ə qədər $0,15 (0,18%) - bir barel üçün $84,31-a düşdü. Avqustun 21-də Brent markalı neftin oktyabr fyuçersi $0,34 (0,40%) ucuzlaşaraq bir barel üçün $84,46-a düşüb.

Saat 09:25-ə qədər Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin oktyabr fyuçerslərinin dəyəri $0,15 (0,19%) azalaraq bir barel üçün $79,97-a düşüb. Avqustun 21-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin oktyabr fyuçerslərinin qiyməti $0,54 (0,67%) azalaraq bir barel üçün $80,12-a düşüb.