Yeddi ayda neft koksu ixracı artıb 

15:37 - 18.08.2023


18 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında ölkədən 179,5 min ton neft koksu ixrac edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən məhsulun dəyəri isə 49 milyon 515,8 min dollar olub.
Xatırladaq ki, 2022-ci ilin eyni aylarında Azərbaycandan 78 min tona yaxın və ya 16 milyon 616,1 min dollar dəyərində neft koksu ixrac edilib.