"Apple" şirkətinin qurucularından Steve Vozniak və "Trendyol"-un  prezidenti Bakıya gəlir 

12:19 - 16.08.2023


16 avqust, Fineko/abc.az.  Noyabrın 30-da və dekabrın 1-də Bakıda regionun ən böyük innovasiya sammiti olan "InMerge Innovation Summit" keçiriləcək.

ABC.AZ xəbər verir ki, tədbirdə "Apple" şirkətinin qurucularından Steve Vozniak , "Trendyol" şirkətlər qrupunun prezidenti Çağlayan Çetin, "PAŞA Holding"in baş icraçı direktoru Cəlal Qasımov, məşhur TED spikeri Michael Ringel və sahəsində özünü təsdiq etmiş onlarla şəxs iştirak edəcək.

Sammitdə elektron ticarət, sığorta texnologiyaları, süni intellekt, telekommunikasiya və daha bir çox mövzuda təqdimatlar ediləcək, müzakirələr aparılacaq və seminarlar baş tutacaq.