15:05 - 11.08.2023
11 avqust, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyul ayları üzrə 7 ay ərzində Azərbaycanda 28,1 milyard kubmetr təbii qaz hasil edilib.
Bu barədə ABC.AZ Energetika Nazirliyinin məlumatına əsasən xəbər verir.
Qeyd olunur ki, qazın 7,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 15,4 milyard kubmetri “Şahdəniz”dən, 0,1 milyard kubmetri “Abşeron”dan, 5,1 milyard kubmetri SOCAR üzrə hasil olunub.
Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında 3,3 faiz, yəni 0,9 milyard kubmetr artım qeydə alınıb.