Rusiyalı korporativ istifadəçilər  Microsoft lisenziyasını yeniləyə bilməyəcəklər

11:34 - 11.08.2023


11 avqust, Fineko/abc.az. Rusiya Federasiyasından olan korporativ istifadəçilər sentyabrın 30-dan sonra Microsoft lisenziyasını yeniləyə bilməyəcəklər

ABC.AZ xəbər verir ki, müvafiq mesaj Microsoft Online Services texniki dəstək xidməti tərəfindən yayılıb.
Qeyd olunur ki, buna səbəb Microsoft artıq Rusiyada xidmətlər üçün ödəniş üsulu kimi yerli bank hesabına bank köçürmələrini həyata keçirə bilməz.