17:30 - 8.08.2023
8 avqust, Fineko/abc.az. Qazaxıstan və Azərbaycan Bakı-Supsa boru kəməri ilə neft nəqlinə başlamaq imkanlarını nəzərdən keçirir.
ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev hökumətin iclası çərçivəsində jurnalistlərə bildirib.
"Biz artıq Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixracı ilə bağlı razılıq əldə etmişik və Bakı-Supsa kəməri ilə tədarükün başlanmasının mümkünlüyü müzakirə olunur. Bundan əlavə, xəbər verdiyimiz kimi, Qazaxıstan neftin Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixracına başlayıb. Drujba kəməri ilə Almaniya”, - deyə o bildirib.
Bundan əvvəl, avqustun əvvəlində Gürcüstanın baş naziri İrakli Qaribaşvili Qazaxıstana səfər etmiş, orada da bu mövzu ətraflı müzakirə edilmişdir.
Lakin 2022-ci ilin yazından etibarən Supsada daşınma üçün müvafiq müraciətlərin olmaması səbəbindən boru kəmərinin istismarı bir neçə dəfə dayandırılıb.
Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istifadəyə verilib. Kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. Ötürmə qabiliyyəti 7,5 milyon tondur.