16:28 - 7.08.2023
7 avqust, Fineko/abc.az. Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco”nun ilin birinci yarısında xalis mənfəəti neft qiymətlərinin aşağı olması səbəbindən əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29,5 faiz azalıb.
ABC.AZ xəbər verir ki, şirkətin açıqladığı maliyyə balansına görə, Aramco-nun yanvar-iyun dövründə xalis mənfəəti 61,9 milyard dollara qədər azalıb.
Şirkət ötən ilin eyni dövründə 87,9 milyard dollar xalis mənfəət açıqlamışdı.
Gözləntilərin altında olan nəticələrin qlobal iqtisadi qeyri-müəyyənliklərin təsiri ilə xam neft qiymətlərinin aşağı düşməsi və neft emalı zavodunun mənfəət marjasının azalması ilə bağlı olduğu bildirilib.