Azərkosmos Çinin “Emposat” şirkəti ilə müqavilə imzalayıb

16:08 - 3.08.2023


3 avqust, Fineko/abc.az.  Azərkosmos hostinq xidmətlərinin göstərilməsinə dair Çinin kosmik infrastruktur və yerüstü peyk xidmətləri təqdim edən “Emposat” şirkəti ilə biznes müqaviləsi imzalayıb.

ABC.AZ xəbər verir ki, müqaviləyə əsasən, Azərkosmos Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən Bakı teleportunda “Emposat” şirkətinin 7,3 metrlik S/X diapazonlu yerüstü anten sistemini quraşdırıb.

Qeyd edək ki, bu sistem “Emposat”ın ölkəmizdə quraşdırdığı sayca ikinci uğurlu biznes infrastrukturudur. 

Azərkosmosun hostinq xidmətlərindən növbəti dəfə faydalanan “Emposat” müştərilərini yerüstü peyk xidmətləri ilə təmin edəcək. Bu da şirkətə öz resurslarını optimallaşdırmaq üçün geniş imkanlar açacaq. “Emposat”ın yeni anten infrastrukturu bazarda yüksək keyfiyyətli, asan quraşdırıla bilən, peyklərdən dəqiq siqnalları qəbul edən və sərfəli rabitə xidmətlərini genişləndirməkdə əsas rol oynayacaq.