Almaniyanın bu şirkəti Azərbaycanın neft-qaz sektorunda əməkdaşlıqda maraqlıdır

15:15 - 28.07.2023


28 iyul, Fineko/abc.az. Almaniyanın "Düchting Pumpen" şirkəti Azərbaycanın neft-qaz sektorunda əməkdaşlıqda maraqlıdır.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə cümə günü  "Düchting Pumpen" şirkətinin satış üzrə direktoru Aleksandr Kovalçuk deyib.

Onun sözlərinə görə, şirkət həmçinin dəniz suyunun şirinləşdirilməsi sektorunu nəzərdən keçirir.

"Bu gün Azərbaycanda uğurla tamamlanmış bir neçə layihə var. Azərbaycan bizim üçün yeni bazardır və biz burada böyük perspektivlər görürük. Bundan əvvəl SOCAR ilə birgə boru yağının nasoslanması layihəsini, həmçinin "AzerEnerji" ilə dəniz suyunu qumla nasoslayan nasosun quraşdırılması üzrə birgə layihə həyata keçirmişik", - deyə o vurğulayıb.