14:08 - 28.07.2023
28 iyul, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Macarıstan anbarlarının Azərbaycan təbii qazı ilə doldurulmasına başlayıb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto sosial şəbəkələrdə etdiyi paylaşımda yazıb.
"Sizə şad xəbərim var. İmzalanmış müqaviləyə uyğun olaraq, SOCAR şirkəti Macarıstan anbarlarının ilk 50 milyon kubmetr təbii qazla doldurulmasına başlayıb", - paylaşımda deyilir.
P. Siyarto Avropanın son 1 il yarım ərzində enerji resurslarının ciddi çatışmazlığı ilə üzləşdiyini vurğulayıb. Nazir bildirib ki, Rusiyaya qarşı sanksiyalar və bu ölkədən təbii qazın idxalından imtina səbəbindən onun dəyəri kəskin şəkildə artıb, lakin Macarıstan alternativ təchizat sayəsində bu problemi həll edə bilib.