Neft ucuzlaşır, Brent bir barel üçün $83,77 təşkil edir

09:28 - 28.07.2023


28 iyul, Fineko/abc.az. Neftin etalon markalarının  qiyməti ötən gün artdıqdan sonra cümə günü hərracda azalır.

London İCE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti saat 09:20-dək $0,47 (0,56%) azalaraq bir barel üçün $83,77-a düşüb. 27 iyul ticarətinin nəticələrinə görə, Brent markalı neftin sentyabr fyuçersləri  $1,32 (1,59%) artaraq bir barel üçün $84,24-a yüksəldi.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində   WTI neftinin sentyabr fyuçerslərinin dəyəri saat 09:20-dək $0,36 (0,45%) azalaraq bir barel üçün $79,73-a düşüb. 27 iyul ticarətinin nəticələrinə görə, WTI neftinin sentyabr fyuçerslərinin qiyməti $1,31 (1,66%) artaraq bir barel üçün $80,09-a yüksəldi.