Azərkosmos 6 ayda 43 ölkəyə xidmət ixrac edib

14:27 - 27.07.2023


27 iyul, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyun aylarında Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 43 ölkəsinə 9,5 milyon ABŞ dolları dəyərində  peyk telekommunikasiya xidmətləri ixrac edilib.

ABC.AZ xəbər verir ki, bu “İxrac icmalı”nın iyul sayında təqdim olunub.

Qeyd edilib ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2023-cü ilin iyun ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2023-cü ilin yanvar-iyun ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 2,7 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,1 milyon ABŞ dolları ilə Lüksemburq, 837,7 min ABŞ dolları ilə BƏƏ,  522,2 min ABŞ dolları ilə Almaniya və 444,4 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.