Neft ucuzlaşır, Brent bir barel üçün $83,12 təşkil edir

09:25 - 26.07.2023


26 iyul, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti dünən qalxdıqdan sonra çərşənbə günü hərracda düşür.

London İCE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti saat 09:20 – dək $0,52 (0,62%) azalaraq bir barel üçün $83,12-a düşüb. 25 iyul ticarətinin nəticələrinə görə, Brent markalı neftinsentyabr fyuçersləri $0,90 (1,09%) artaraq bir barel üçün $83,64-a yüksəldi.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin sentyabr fyuçerslərinin dəyəri saat 09:20 – dək $0,50 (0,63%) azalaraq bir barel üçün $79,13-a düşüb. 25 iyul ticarətinin nəticələrinə görə, WTI neftinin sentyabr fyuçerslərinin qiyməti $0,89 (1,13%) artaraq bir barel üçün $79,63-a yüksəldi.