Azərbaycan bu ölkələrlə birgə müəssisə yaradır

14:59 - 25.07.2023


25 iyul, Fineko/abc.az. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan yaşıl enerjinin Xəzər dənizindən Avropaya ötürülməsi üzrə birgə müəssisə yaradacaq.

ABC.AZ əbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.

“Buxarestdə Gürcüstan, Rumıniya və Macarıstandan olan həmkarlarla yaşıl enerjinin Xəzər dənizindən Avropaya ötürülməsini nəzərdə tutan layihənin reallaşdırılması üçün 4 ölkə arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumunu imzaladıq”, - deyə Şahbazov sosial şəbəkədə yazıb.