Azərbaycan daha bir ölkəyə qaz satışına başlayır - Saziş imzalandı

17:30 - 24.07.2023


24 iyul, Fineko/abc.az. Pakistan və Azərbaycan arasında bir il müddətinə çevik şərtlərlə mayeləşdirilmiş təbii qazın (LNG) alınmasına dair çərçivə sazişi imzalanıb.

ABC.AZ xəbər verir ki, “Pakistan LNG Limited” (PLL) şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Lahorda imzalanmış müqaviləyə Baş nazir Şahbaz Şərif şahidlik edib.

Bu münasibətlə çıxış edən Baş nazir bu müqavilənin müddətinin bir il olduğunu və daha bir il uzadıla biləcəyini bildirib.

Onun sözlərinə görə, sazişə uyğun olaraq, Azərbaycan hər ay bir partiya LNG təklif edəcək və Pakistan bu partiyanı qəbul edib-etməmək barədə qərar verəcək. O, Pakistanın yükü qəbul etmədiyi təqdirdə heç bir maliyyə sanksiyalarının olmayacağını bildirib.