“Goldman”dan neft tələbi ilə bağlı PROQNOZ

16:48 - 24.07.2023


24 iyul, Fineko/abc.az. “Goldman Sachs” neft tələbinin qiymətləri artıracağı gözləntisinin olduğunu açıqlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “Goldman Sachs” yaxın perspektivdə neft bazarlarında rekord tələbin xam neft qiymətlərini artıracağını gözləyir.

Bu barədə “Goldman Sachs”ın Neft Araşdırmaları Direktoru Daan Struyven müsahibəsində bildirib.

O qeyd edib ki, tələbin bütün zamanların ən yüksək həddinə çatmasına görə ilin ikinci yarısında əhəmiyyətli bir tədarük boşluğu olacağı gözlənilir.

Struyven hazırda barreli 80 dollardan bir qədər çox olan “Brent” markalı neftin proqnozunun ilin sonuna kimi 86 dollara yüksələcəyini bildirib.