09:25 - 24.07.2023
24 iyul, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən həftənin sonunda artdıqdan sonra bazar ertəsi keçirilən ticarətdə azalır.
London ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti saat 09:20 – dək $0,21 (0,26%) azalaraq bir barel üçün $80,86-a düşüb. 21 iyul ticarətinin nəticələrinə görə, Brent markalı neftin sentyabr fyuçersləri $1,43 (1,80%) artaraq bir barel üçün $81,07-a yüksəldi.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin sentyabr fyuçerslərinin dəyəri saat 09:20 – dək $0,20 (0,26%) azalaraq bir barel üçün $76,87-a düşüb. 21 iyul ticarətinin nəticələrinə görə, WTI neftinin sentyabr fyuçerslərinin qiyməti $1,42 (1,88%) artaraq bir barel üçün $77,07-a yüksəldi.
Ötən həftə Brent markalı neft 1,50%, WTI isə 2,32% bahalaşıb.