"Masdar" şirkəti Azərbaycanda iş görmək üçün istiqraz satışına başlayır

16:16 - 20.07.2023


20 iyul, Fineko/abc.az. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tezliklə Azərbaycanda inşa etdiyi qoyuluş gücü 230 MVt olan Qaradağ Günəş Fotovoltaik (PV) Elektrik Stansiyası layihəsinin maliyyələşdirilməsi üçün cəlb etdiyi krediti buraxdığı "yaşıl" istiqraz hesabına bağlayacaq. 

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu "Masdar" şirkətinin baş maliyyə direktoru Nayl Hannigan deyib.

O bildirib ki, "Masdar" 750 milyon ABŞ dolları dəyərində "yaşıl" istiqrazlarının debüt buraxılışını həyata keçirib. Bu da, şirkətə Azərbaycanda "Qaradağ" Günəş Elektrik Stansiyası və Özbəkistanda qoyuluş gücü 500 MVt olan dəniz külək enerjisi layihələrin hər birisinə cəlb edilən 250 milyon ABŞ dollarlıq keçid kreditlərini bağlamağa imkan verəcək. Qalan 250 milyon ABŞ dolları isə Özbəkistandakı üç günəş enerjisi layihəsinə yönəldiləcək və bu layihələrin maliyyələşdirilməsi tezliklə yekunlaşdırılacaq.