11:23 - 20.07.2023
20 iyul, Fineko/abc.az. “Netflix” şirkəti 2023-cü ilin ikinci rübü ilə bağlı büdcə hesabatını açıqlayıb.
ABC.AZ xəbər verir ki, “Netflix”in abunəçi bazası 2023-cü ilin ikinci rübündə təxminən 5,9 milyon nəfər artıb.
Buna görə ilin ikinci rübündə şirkətin gəliri əvvəlki ilin eyni dövrünə görə 3% artaraq 8,2 milyard dollara çatıb.
Ötən ilin aprel-iyun aylarında şirkətin gəliri 7,9 milyard dollar olub.
Şirkətin xalis mənfəəti ikinci rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 1,5 milyard dollara çatıb.
Keçən ilin ikinci rübündə “Netflix”in xalis mənfəəti 1,4 milyard dollar olub.