17:10 - 19.07.2023
19 iyul, Fineko/abc.az. Xəyal Cəfərov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru vəzifəsinə təyin olunub.
ABC.AZ xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.
O, bu təyinata qədər “SOCAR Karbamid” zavodunun direktoru vəzifəsində çalışıb.