Neft ucuzlaşır, Brent - bir barel üçün $79,46 təşkil edir

09:35 - 19.07.2023


19 iyul, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən sessiyanın yekunlarına görə artımdan sonra çərşənbə günü hərracda aşağı düşür.

London ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti saat 09:30 – a qədər $0,17 (0,21%) azalaraq bir barel üçün $79,46-a düşüb. 18 iyul ticarətinin nəticələrinə görə, Brent markalı neftin sentyabr fyuçersləri $1,13 (1,44%) artaraq bir barel üçün $79,63-a yüksəldi.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin sentyabr fyuçerslərinin qiyməti saat 09:30 – a qədər $0,24 (0,32%) - bir barel üçün $75,42-a düşdü. İyulun 18-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin sentyabr fyuçerslərinin qiyməti $1,58 (2,13%) artaraq bir barel üçün $75,66-a çatıb.