16:59 - 18.07.2023
18 iyul, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 700,6 min ton avtomobil benzini istehsal edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib. Belə ki, əvvəlki ilin eyni dövrü ilə avtomobil benzininin istehsalı 197,2 min ton və ya 39,2 % artıb. 2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 503,4 min ton təşkil edib.
2023-cü ilin 1 iyul tarixinə hazır məhsul ehtiyatı 4,6 min ton təşkil edib. Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 3,5 min ton yaxud 43,2% azdır.
2022-ci ilin 1 iyul tarixinə hazır məhsul ehtiyatı 8,1 min ton olub.