16:06 - 18.07.2023
18 iyul, Fineko/abc.az. İyunun 17-də “Netflix” səhmləri 3% artaraq 1 fevral 2022-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb.
ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, artımdan sonra səhmlər 457 dollara yüksəlib.
Bu sıçrayış, “Deutsche Bank” analitiki Bryan Kraftın “Netflix”lə bağlı analitik yazıdan sonra baş verib.
"Netflix”in parol proqramı sayəsində 2025-ci ilə qədər təxminən 9 milyard dollar yeni gəlir əldə edəcəyini təxmin edən Kraft, “Netflix”in gələn ilin sonuna qədər təxminən 20 milyon yeni abunəçi qazanacağını düşünür.
Müəllif: Elmir Murad
18 Avqust 2026