17:15 - 17.08.2026
17 avqust, Fineko/abc.az. İlon Maskın "SpaceX" kosmik texnologiyalar şirkəti süni intellekt əsaslı kodlaşdırma startapı olan "Cursor"u 60 milyard dollarlıq müqavilə ilə bünyəsinə qatıb. "Cursor" tərəfindən yayımlanan bəyanata əsasən, girişim rəsmən "SpaceX"in tərkib hissəsinə çevrilib.
Cari ilin əvvəlində İlon Maskın "xAI" şirkətini özünə birləşdirən "SpaceX", aprel ayında "Cursor" ilə birgə texnologiya işlənməsi haqqında saziş imzalamışdı. Həmin saziş "SpaceX"ə şirkəti 60 milyard dollara almaq hüququ verirdi. "SpaceX" açıq səhmdar cəmiyyətinə çevrildikdən sonra tərəflər satınalma prosesini yekunlaşdırmaq qərarına gəliblər.
Müqavilə çərçivəsində "SpaceX"in güclü süni intellekt infrastrukturu "Cursor"un istifadəsinə veriləcək. Şirkət dünyanın ən böyük qrafik prosessor (GPU) parkına çıxış əldə edəcəyini və bunun daha təkmil süni intellekt modellərinin hazırlanmasına, habelə xidmət xərclərinin azaldılmasına şərait yaradacağını bildirib.
17 Avqust 2026
15 Avqust 2026