11:55 - 18.07.2023
18 iyul, Fineko/abc.az. Rusiya üçüncü rüb üçün xam neft ixracı planlarını 2,1 milyon ton azaldacaq.
ABC.AZ xəbər verir ki, bu barədə şimal qonşumuzun Energetika Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Rusiyanın Energetika nazirliyi avqust ayında xaricə tədarükünü gündəlik 500 min barel azaltmağı öhdəsinə götürəcək.
Ölkənin mühüm qərb limanlarından – Qara dənizdəki Novorossiysk və Baltikyanı Primorsk və Ust-Luqa limanlarından daşımalarla yanaşı, boru kəməri axınlarının da azalacağı bildirilib.
Qeyd edək ki, hökumət, mart ayından sutkada 500,000 barel azaltmaq öhdəliyinə əlavə olaraq, avqust ayında əlavə hasilatın azaldılmasına qərar verməyi ölkədəki istehsalçıların öhdəsinə buraxmışdı.