iPhone daha bir modelini təqdim etməyə hazırlaşır

10:14 - 18.07.2023


18 iyul, Fineko/abc.az. “iPhone” daha bir modelini təqdim etməyə hazırlaşır.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, yeni model yuvarlana bilən ekrana sahib olacaq. 

Belə ki,“Apple” şirkəti yuvarlanan və ya sürüşə bilən ekranı olan cihaz üçün patent verib.

Müvafiq patent, “iPhone”, “iPad”, televizorlar, masa üstü displeylər və avtomobil panelləri kimi gələcək məhsulların bu yeniliyə malik ola biləcəyini göstərir.