Neft bahalaşır, Brent bir barel üçün $78,70 təşkil edir

09:35 - 18.07.2023


18 iyul, Fineko/abc.az. Ötən sessiyanın nəticələrinə görə, çərşənbə axşamı ticarətdə neftin etalon markalarının qiyməti yüksəlir.

London ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti saat 09:28 – ə qədər $0,20 (0,25%) artaraq bir barel üçün $78,70-a çatıb. İyulun 17-də Brent markalı neftin sentyabr fyuçersi $1,37 (1,72%) azalaraq bir barel üçün $78,50-a düşüb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin avqust fyuçerslərinin qiyməti saat 09:28 – ə qədər $0,24 (0,32%) artaraq bir barel üçün $74,32-a çatıb. İyulun 17 - də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin avqust fyuçerslərinin qiyməti $1,27 (1,68%) azalaraq bir barel üçün $74,15-a düşüb.