Türkiyədə benzin 20 faiz bahalaşıb

11:31 - 17.07.2023


17 iyul, Fineko/abc.az. İyulun 16-a keçən gecə Türkiyədə benzin və dizel yanacağının qiymətləri 20% artıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Yeni Akit" nəşri məlumat yayıb.

İyulun 16-da yanacaqdoldurma məntəqələrində bir litr benzinin qiyməti 28.05 lirə və ya təxminən $1.07, dizelin qiyməti isə 26.31 lirə ($1.01-ə yaxın) olub. Resmi Gazete hökumət jurnalında yanacağın qiymətinin artımına dair qərar dərc olunandan sonra bir litr benzin və dizelin qiyməti müvafiq olaraq 34.08 lirəyə qədər və ya $1.30, və 32.04 lirəyə qədər və ya $1.22 artıb.

Ekspertlər bunu ayın əvvəlində əlavə dəyər vergisinin artması ilə əlaqələndirib.